Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb


Siyasət 15 Fev 2020 11:22:26 56 0

Evlə təmin olunan hərbçilərin sayı açıqlanıb

Ümumilikdə həmin il 1 000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub

Son illərdə Azərbaycanda evlə təmin olunan hərbçilərin sayı açıqlanıb.

"Report" apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2013-cü ildən başlayaraq demək olar ki, hər il (2016-cı il istisna olmaqla) orduda xidmət edənlərə mənzil verilib.

Bu müddət ərzində 2 792 hərbi qulluqçu evlə təmin edilib.

Belə ki, hərbçilərə ya şəxsi, ya da xidməti mənzillər təqdim edilir. Yaxud, onlara kirayə tutduqları evin haqqını ödəmək üçün kirayəpulu verilir. Başqa sözlə, evsiz qalan hərbçi yoxdur.

Bununla bağlı statistikanı təqdim edirik:

2013-cü ilin noyabrın 15-də Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilən mənzillərin sənədləri təqdim olunub.

2014-cü ilin iyunun 23-də 110 xidməti ev hərbçilərə verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən tikilən 2 doqquzmərtəbəli xidməti yaşayış binasının açılış mərasimində iştirak edib və bir qrup hərbi qulluqçuya mənzillərin açarlarını təqdim edib.

2015-ci ilin oktyabrın 30-da hərbçilər üçün yeni tikilən 2 yaşayış binasının açılışı olub. Ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Həmin binalar beşmərtəbəli, hər biri 3 otaqlıdır. Tam təmirli mənzillərin mebel və lazımi avadanlıqla təchiz olunublar.

Ümumilikdə həmin il 1 000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.

2017-ci ilin yanvarın 6-da 50 mənzil hərbçilərə paylanılıb. Həmin mənzillər Hərbi Hava Qüvvələrinin aviabazasında tikilən yeni binada yerləşir.

2018-ci il dekabrın 17-də Bakıda daha 394 mənzil hərbçilərin ixtiyarına verilib. Belə ki, Sabunçu rayonunda inşa edilən binalarda hərbi qulluqçulara yeni mənzillər təqdim edilib. Onlardan 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlıdır.

Mərasimdə Prezident İlham Əliyev də iştirak edib.

2019-cu ilin dekabrın 24-də Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binasının açılışı olub. Yaşayış binasında 44 mənzil var.

Ötən il dekabrın 25-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsində növbəti yaşayış binası istifadəyə verilib. Buradakı mənzillərin sayı 70 olub.

Bundan başqa, həmin il Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb. Mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Bəhruz Quliyev: "Dairələrin nəticələrinin ləğv olması demokratiyanın göstəricisidir" like
  • 15 Fev 11:14  
Siyasət Bəhruz Quliyev: "Dairələrin nəticələrinin ləğv olması demokratiyanın göstəricisidir"

"Azərbaycanda keçirilən parlament seçkiləri həqiqətən də xalqın i

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb like
  • 15 Fev 11:11  
Sosial Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb

Gürcüstanın Marneuli rayonunda ötən gün 17 yaşlı azərbaycanlı qızı q

arrow Ətraflı
Bakıda gecə klubunda dava like
  • 15 Fev 11:04  
Digərləri Bakıda gecə klubunda dava

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

arrow Ətraflı
Hindistan Ərdoğanı qınadı like
  • 15 Fev 10:59  
Dünya Hindistan Ərdoğanı qınadı

Hindistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın

arrow Ətraflı
"Müəllimi ilə sevişmək hər bir şagirdin arzusudur" like
  • 15 Fev 10:59  
Dünya "Müəllimi ilə sevişmək hər bir şagirdin arzusudur"

"Müəllimi ilə seks etmək hər bir şagirdin arzusudur"

arrow Ətraflı
Göyçayda yerli əhəmiyyətli yol yenidən qurulur like
  • 15 Fev 10:57  
İqtisadiyyat Göyçayda yerli əhəmiyyətli yol yenidən qurulur

Göyçay rayonunda uzunluğu 12,3 km olan yerli əhəmiyyətli Ləkçılpaq-Qara

arrow Ətraflı
"Gladiator"un aktyoru kökəldiyi üçün evdən çölə çıxmır like
  • 15 Fev 10:49  
Digərləri "Gladiator"un aktyoru kökəldiyi üçün evdən çölə çıxmır

"Gladiator" filmi ilə məşhurlaşan aktyor Rassel Krou kökəlməsi

arrow Ətraflı
Qazaxıstanda yol qəzası baş verdi, 26 nəfər yaralandı like
  • 15 Fev 10:44  
Dünya Qazaxıstanda yol qəzası baş verdi, 26 nəfər yaralandı

Qazaxıstanda sərnişin avtobusu ilə taksi toqquşub.

arrow Ətraflı
“Qırmızı Kitab”ın III nəşri hazırlanır like
  • 15 Fev 10:44  
Digərləri “Qırmızı Kitab”ın III nəşri hazırlanır

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qırmızı Kitabı&

arrow Ətraflı
Lolita açıqlama verərkən allergiyası tutdu like
  • 15 Fev 10:39  
Digərləri Lolita açıqlama verərkən allergiyası tutdu

Rusiyalı müğənni Lolitanın jurnalistlərə müsahibəsi zamanı allergiyas

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notları bir az da artdı like
  • 15 Fev 10:30  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notları bir az da artdı

Bu il fevralın 14-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan

arrow Ətraflı
Bakıda itkin düşmüş 3 nəfər tapıldı like
  • 15 Fev 10:24  
Digərləri Bakıda itkin düşmüş 3 nəfər tapıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı
Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var like
  • 15 Fev 10:22  
Sosial Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var

Gəncədə sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha s

arrow Ətraflı