Göyçayda yerli əhəmiyyətli yol yenidən qurulur


İqtisadiyyat 15 Fev 2020 10:57:00 67 0

Göyçayda yerli əhəmiyyətli yol yenidən qurulur

Göyçay rayonunda uzunluğu 12,3 km olan yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu yenidən qurulur

Göyçay rayonunda 12,3 km uzunluğu olan, yerli əhəmiyyətli Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu yenidən qurulur.

“Report” bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumatda deyilir ki, həmin yoldauzun illər əsaslı-təmir işləri aparılmadığından yolun örtüyü yararsız vəziyyətə düşüb, nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb. Agentlik yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurmaqla problemi aradan qaldırır.

Yolda ikiqat əsasın və ikiqat örtüyün tikintisinə ehtiyac olduğu üçün yol boyu dağılmış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılır, əvəzinə isə yararlı material tökülərək yayılır və kipləşdirilir, yataq layihə eninə çatdırılması üçün 3-4 metrdən 10 metrə qədər genişləndirilir. Daha sonra əsasın alt və üst layının çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Bu işlər 120 min kv.m sahədə icra olunur.

Layihə çərçivəsində suötürücü boruların başlıq hissələri yuyularaq dağılmış və bəzi borular yararsız vəziyyətə düşdüyündən yol boyu müxtəlif diametrlərə malik yeni suötürücü dairəvi borular inşa edilib.

Növbəti mərhələ üzrə artıq yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Bu işlər isə 70 min kv.m-dən çox ərazini əhatə etməklə 12 sm qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur.

Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələr, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

Göyçay rayonunun Ləkçılpaq-Qaraman-Hacalıkənd-Yalman avtomobil yolu AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə yenidən qurulur. Layihənin bu il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Görülən işlər yol boyu yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yol boyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaratmış olacaq.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
"Gladiator"un aktyoru kökəldiyi üçün evdən çölə çıxmır like
  • 15 Fev 10:49  
Digərləri "Gladiator"un aktyoru kökəldiyi üçün evdən çölə çıxmır

"Gladiator" filmi ilə məşhurlaşan aktyor Rassel Krou kökəlməsi

arrow Ətraflı
Qazaxıstanda yol qəzası baş verdi, 26 nəfər yaralandı like
  • 15 Fev 10:44  
Dünya Qazaxıstanda yol qəzası baş verdi, 26 nəfər yaralandı

Qazaxıstanda sərnişin avtobusu ilə taksi toqquşub.

arrow Ətraflı
“Qırmızı Kitab”ın III nəşri hazırlanır like
  • 15 Fev 10:44  
Digərləri “Qırmızı Kitab”ın III nəşri hazırlanır

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qırmızı Kitabı&

arrow Ətraflı
Lolita açıqlama verərkən allergiyası tutdu like
  • 15 Fev 10:39  
Digərləri Lolita açıqlama verərkən allergiyası tutdu

Rusiyalı müğənni Lolitanın jurnalistlərə müsahibəsi zamanı allergiyas

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notları bir az da artdı like
  • 15 Fev 10:30  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notları bir az da artdı

Bu il fevralın 14-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan

arrow Ətraflı
Bakıda itkin düşmüş 3 nəfər tapıldı like
  • 15 Fev 10:24  
Digərləri Bakıda itkin düşmüş 3 nəfər tapıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı
Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var like
  • 15 Fev 10:22  
Sosial Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var

Gəncədə sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha s

arrow Ətraflı
Bakıda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti necədir? - RƏY like
  • 15 Fev 10:18  
Sosial Bakıda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti necədir? - RƏY

Paytaxtda hüquq qaydasının mühafizəsi, cinayətkarlığın bütün forma v

arrow Ətraflı
Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi like
  • 15 Fev 10:15  
Sosial Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

arrow Ətraflı
Cəmil Həsənlinin "fal"ı küt getdi  "Politşou" təqdim edir like
  • 15 Fev 10:14  
Siyasət Cəmil Həsənlinin "fal"ı küt getdi "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunun

arrow Ətraflı
Ajda Pekkanın gənc qalma sirri corab imiş like
  • 15 Fev 10:09  
Digərləri Ajda Pekkanın gənc qalma sirri corab imiş

Türkiyəli məşhur müğənni Ajda Pekkanın uzun və qüsursuz ayaqlarının

arrow Ətraflı
ABŞ iqtisadiyyatına koronavirusun təsiri şərh edilib like
  • 15 Fev 10:05  
Dünya ABŞ iqtisadiyyatına koronavirusun təsiri şərh edilib

Çində yeni koronavirusun yayılması cari ilin birinci rübündə ABŞ-ın iqt

arrow Ətraflı
Zaqatalada "Mercedes" yanıb like
  • 15 Fev 10:04  
Digərləri Zaqatalada "Mercedes" yanıb

Zaqatala rayonunun Aşağı Tala kəndində "Mercedes" markalı minik

arrow Ətraflı