Hindistan Ərdoğanı qınadı
Dünya 15 Fev 2020 10:59:12 223 0
Hindistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın
© google.az — Rəcəb Tayyib Ərdoğan
Hindistan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cammu və Kəşmir barədə bəyanatlarını qınayıb.
“Report” “Press Trust Of India”ya istinadən xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyi R.T.Ərdoğanı ölkənin daxili işlərinə qarışmamasına çağırıb.
Xatırladaq ki, ötən gün Pakistanın paytaxtı İslamabada rəsmi səfəri əsnasında parlamentdə çıxış edən R.T.Ərdoğan “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” söyləmişdi.
Mənbə: report.az