“Qırmızı Kitab”ın III nəşri hazırlanır


Digərləri 15 Fev 2020 10:44:00 226 0

“Qırmızı Kitab”ın III nəşri hazırlanır

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qırmızı Kitabı"nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Rəyasət Heyətinin iclasında deyib.

Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib.

Bununla yanaşı, nəşrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib.