Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var


Sosial 15 Fev 2020 10:22:39 170 0

Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var

Gəncədə sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha sonra hasara çırpıb, sonda isə piyadanı vurub.

© google.az

Gəncə şəhərindəsərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha sonra hasara çırpıb, sonda isə piyadanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini Zakir Məmmədov sərxoş halda idarə etdiyi "QAZ-24" markalı avtomobilini qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə çırpıb.

Sərxoş sürücü hadisə yerindən qaçmaq istəyən zaman avtomobili qarşıdakı evin hasarına çırpıb. Daha sonra hadisə yerindən uzaqlaşmağa cəhd edərkən bu zaman piyadını vurub. Nəticədə piyada yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.