45 kiloqram arıqlayan Adel tanınmaz dərəcədə dəyişib


Digərləri 15 Fev 2020 09:59:00 172 0

45 kiloqram arıqlayan Adel tanınmaz dərəcədə dəyişib

Məşhur müğənni Adelin yeni şəkilləri pərəstişkarlarını təəccübləndirib.

Son.az ölkə.az-a istinadən bildirir ki, paparassi kameralarına tuş gələn 31 yaşlı ifaçını tanımaq mümkün olmayıb.

Jurnalistlər Adeli Los-Ancelesdə, idman zalından çıxarkən yaxalayıblar. Onun dar idman geyimi müğənninin "yeni" bədən quruluşunu aydın şəkildə görməyə imkan verib. O, təmamilə başqa bir insana çevrilib. Bir müddət əvvəl Adel idman və pəhrizlə 45 kiloqramdan çox çəki itirdiyini bildirib.