Qəbələdə yanğın olub, bir nəfər xəsarət alıb


Digərləri 15 Fev 2020 09:44:00 136 0

Qəbələdə yanğın olub, bir nəfər xəsarət alıb

Qəbələ rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.