“Efirə şort geyinib çıxsam, hamı məni daşlayar”


Şou-biznes 15 Fev 2020 09:49:00 161 0

“Efirə şort geyinib çıxsam, hamı məni daşlayar”

"Haqqımda "yaxşı geyinirsən" sözlərini eşidəndə təbii ki, mənə xoş gəlir. Fikrimcə, bəy həmkarlarım arasında yaxşı geyinən barmaqla sayılacaq qədərdir".

"Son.az" bildirir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində müğənni Zamiq Hüseynov deyib.

Sənətçi Əməkdar artist Vasif Məhərrəmlinin "Bu nə dəbdir? Cırıq şalvar geyinərlər? Yer üzündə ancaq cırıq cinslər qalsa, yenə geyinməyəcəyəm. Pijama ilə gəzəcəyəm" fikirlərinə kəskin etiraz edib:

"Əsas odur ki, ifa etdiyin janrla geyimin uyğun olsun. Belə çıxır ki, efirə yırtıq cins şalvar geyinmək olmaz? Bunlar ağlımın ucundan belə keçmir. Vasif belə düşünür. Onun fikirlərinə hörmətlə yanaşıram. Amma bu o demək deyil ki, onun söylədikləri ilə razılaşmalıyam. Efirə cins də geyinmək, kliplərdə şortla da çəkilmək olar. Bu, normal haldır. Efirə və verilişdə müzakirə olunan mövzuya uyğun geyinmək lazımdır".

Geyim mövzusunu həssaslıqla incələyən Z.Hüseynov bəzi geyimlərdə özünə sərhəd qoyduğunu da dilə gətirib:

"Xaricdə müğənni əgər efirə şort geyinib çıxırsa, mən onu edə bilmərəm. Ertəsi gün məni buna görə, hamı daş-qalaq edər. Amerikada yaşasaydım, edərdim. Amma bu gün Azərbaycanda yaşayıram. Mühitə uyğun yaşayıb, hərəkət etməlisən".

Z.Hüseynov özündən başqa kişi həmkarlarının arasında yaxşı geyinən sənətçinin olmadığını söyləyib:

"Düzünü deyəcəyəm, Azərbaycanda geyim baxımından məni qane edən kişi müğənni yoxdur. Yaxşı görünmək üçün idmanla məşğul olmalısan ki, geyimini gözəl daşıya biləsən. Elə insan var ki, zövqlü geyinir, amma çəkisinin çox olması yaraşıqlı görünməsinə imkan vermir".