Çin 25 mindən çox həkimi Hubeyə göndərdi

Dünya 15 Fev 2020 08:15:00 107 0

Çin 25 mindən çox həkimi Hubeyə göndərdi

Çinin mərkəzindəki Hubey əyalətində koronavirusun yeni ştammının (COVID-2019) yayılmasına qarşı mübarizədə həlledici mərhələyə qədəm qoyulub, ölkənin bütün bölgələrindən dəstək üçün ora 25,6 mindən çox tibb işçisi göndərilib.

“Report” xəbər verir ki, bunuÇin Milli Səhiyyə Komitəsinin rəhbərinin müaviniVan Heşen açıqlayıb.

“Davamlı səylər və qətiyyətli tədbirlər sayəsində xəstəliyin effektivliyini azalda bildik, virusun yayılmasını zəiflətdik”.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Çinin digər bölgələrindən səfərbər edilmiş həkimlərin təxminən 80% -i virusun yayıldığı Uhan şəhərində işləyir.