Husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurdular


Dünya 15 Fev 2020 07:45:00 147 0

Husilər ərəb koalisiyasının hərbi təyyarəsini vurdular

Yəmənin "Ənsar Allah" hərəkatı (Husilər) fevralın 14-ü axşam ölkənin şimal-qərbindəki Əl-Cəuf əyalətində yer-hava tipli raketlə ərəb koalisiyasının qırıcı təyyarəsini vurduqlarını bildiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Husilərin rəsmi nümayəndəsi "Əl-Masira" telekanalına deyib.

Nümayəndə "Ənsar Allah" hərəkatının əleyhdarlarına hücumlar üçün Yəmən hava məkanının istifadəsinin nəticələri haqqında düşünməyin vacibliyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bu xəbərlərə münasibət bildirməyib.