ABŞ-ın beş əczaçılıq şirkəti koronavirusa qarşı vaksin hazırlayacaq


Dünya 15 Fev 2020 07:20:54 116 0

ABŞ-ın beş əczaçılıq şirkəti koronavirusa qarşı vaksin hazırlayacaq

ABŞ-ın beş böyük əczaçılıq şirkəti, noyabr ayına qədər 150 milyon doza koronavirusa qarşı peyvənd hazırlamağı planlaşdırır.

ABŞ-ın beş böyük əczaçılıq şirkəti, noyabr ayına qədərkoronavirusun yeni ştammına (COVID-2019) qarşı150 milyon doza vaksinhazırlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Ağ Evin ticarət müşaviri Peter Navarro deyib.

“ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması – Red) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon dozumuz hazır olacaq. Planın icrası çox səy, tədqiqat və inkişaf tələb edir”.

Onun sözlərinə görə, Gilead şirkətinin “Remdesivir” adlı təcrübə dərmanı perspektivli görünür. Navarro, bu dərmanın klinik sınaqlarının erkən başlamasının vacibliyini qeyd edib:

“Gözləyirik ki, bu ayın sonu və ya mart ayının ortalarında məhsulun sınanmasına və istehsalına başlanılsın”.