Bakıda kluba gedən 35 yaşlı şəxsi mühafizəçi döydü


Sosial 15 Fev 2020 04:00:41 141 0

Bakıda kluba gedən 35 yaşlı şəxsi mühafizəçi döydü

Bakıda döyülmə hadisəsi baş verib.

Bakıda döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən "Eniqma" klubunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rafael oğlu döyülüb.

Xəsarət alanın yaxınlarının sözlərinə görə, klubun mühafizəçisi ilə Vəliyev Gülverdi arasında mübahisə yaranıb, nəticədə 35 yaşlı şəxs döyülərəkbədən xəsarətləri alıb.

O, hadisə yerinə çağırılantəcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.