Zərifdən etiraf: “İran ABŞ-la müharibəyə çox yaxın idi”


Dünya 15 Fev 2020 03:06:31 115 0

Zərifdən etiraf: “İran ABŞ-la müharibəyə çox yaxın idi”

İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran müharibənin başlanğıcına çox yaxınlaşmışdı.

İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran müharibənin başlanğıcına çox yaxınlaşmışdı.

“Report” xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Döyüş meydanında Süleymaniyə müqavimət göstərə bilmədilər, buna görə gecənin qaranlığında sülh missiyasını yerinə yetirmək üçün nəzərdə tutulan avtomobildən buraxılanpilotsuz uçuş aparatı (PUA)vasitəsi ilə atəş açdılar. Müharibəyə çox yaxın idik. İran, Süleymaniyə qarşı əməliyyatın keçirildiyi hərbi bazaya hava zərbələri endirdi.

Biz sadəcə olaraq ABŞ-a göstərmək istəyirdik ki, Amerika İranı təqib edilə bilməz və ölkəmizə qarşı hər hansı bir hərəkət cavabsız qalmayacaq. Hesab edirəm ki, ABŞ administrasiyası İranla əlaqəli yanlış təsəvvürlərin və məlumatların nəticələrindən əziyyət çəkir. İnanıram ki, bu fəlakətə səbəb olacaq”.