Meksika Rusiyadan hərbi helikopter almayacaq


Dünya 15 Fev 2020 01:31:39 109 0

Meksika Rusiyadan hərbi helikopter almayacaq

Meksika Rusiyadan hərbi helikopter almaqdan imtina edib.

Meksika Rusiyadan hərbi helikopter almaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə “El Universal” nəşri ölkənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Mexiko Rusiya istehsalı olan hərbi helikopterlər almayacaq.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Meksikanın Rusiyadan helikopterlər almaq barədə düşündüklərini bildirmişdi.

Açıqlamadan dərhal sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi Uqo Rodriqes helikopterlərin alınması ilə bağlı müqavilə imzalanacağı təqdirdə Meksikaya qarşı sanksiyaların tətbiq ediləcəyinin mümkünlüyünü diqqətə çatdırmışdı.