İŞİD-in İsveçrədə planlaşdırdığı terrorun qarşısı alındı


Dünya 15 Fev 2020 01:00:39 113 0

İŞİD-in İsveçrədə planlaşdırdığı terrorun qarşısı alındı

İsveçrə kəşfiyyatı Verne şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

İsveçrə kəşfiyyatı Verne şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvləri şəhərdə neft anbarını partlatmaq istəyirmişlər.

Kantonal hökümət naziri Mauro Podcinin sözlərinə görə, yaraqlıların hücum planı əvvəlcədən məlum olduğu üçün onun qarşısı alınıb.

Güman edilir ki, terrorçular qabaqcadan planlaşdırılmış terror aktını aprelin sonu - mayın əvvəlində həyata keçirmək istəyiblər. Əsas hədəf isə neft tankerləri olub.