Günün qoroskopu: perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun


Digərləri 15 Fev 2020 00:01:00 130 0

Günün qoroskopu: perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - vədlərə inanmayın. Hadisələrin inkişafı tərəfdaşlardan birinin planları dəyişməyə vadar edə bilər. Şəxsi münasibətlər müstəvisində uğurlu, düşərli gündür. Gözləntiləriniz doğrulacaq, hissləriniz cavab alacaq. Tələsməyin, illüziyaların əsarətinə düşməyin.

Buğa - yeni məqsəd formalaşır. Hədəfə doğru qətiyyətlə irəliləyin, vaxtı boş işlərə və puç arzulara sərf etməyin. Fiziki işlərdə xeyir var. Axşam saatlarını ailəyə həsr edin. Yaxşı tanıdığınız insanlarla birlikdə istirahət edin.

Əkizlər - gün mürəkkəb və qarışıqdır. Qəlizlik hansısa əlahiddə problemlər və ya çətinliklərdə yox, baş verənlərə sizin münasibətinizdədir. Sizi hər xırda məsələ, kiçik detal qıcıqlandırır. Həmkarlarla yaxınlarınız, sanki, səbrinizi sınağa çəkmək üçün yarışa giriblər. Uğurlar sizi sevindirməyə bilər.

Xərçəng - perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun. Saatlar keçdikcə şərtlər dəyişə, situasiya kəskinləşə bilər. Bu səbəbdən də diqqəti əsas işə yönəldin, soyuqqanlı olun, təmkinli davranın. Günün ikinci yarısında münasibətlərdə ciddi problem yarana bilər. 

Şir - qarışıq, amma perspektivlər vəd edən gündür. Heç bir yerə tələsməyin, başladığınız işi başa vurun. Səliqə ilə, aramla çalışın. Ətrafınızdakı insanların bir neçəsi sizi qıcıqlandıra bilər. Fəqət, indi münasibətləri daha da sərinləşdirməyin, səbrli olun. Dözüm bir çox problemlərin avtomatik həlli deməkdir.

Qız - səyləriniz müsbət nəticə verəcək. Son vaxtlar sizi narahat edən bəzi məsələləri həll edə biləcəksiniz. İşdəki fikir ayrılıqları, şərik və ya tərəfdaşlarla mübahisələr arxada qalacaq. Həmkarlarınız və rəhbərliklə asanlıqla dil tapa biləcəksiniz. Nüfuzlu insanın diqqətini layihənizə cəlb edin.

Tərəzi - maliyyə situasiyası stabildir. Kiçik gəlirlər istisna deyil. Ailədəki münasibətlərdə problemlər yaranmayacaq. Ailə üzvləriniz sizə qayğı göstərəcək, amma müstəqillik və sərbəstliyinizə müdaxilə etməyə cəhd göstərməyəcəklər. Azadlığınızı dar çərçivəyə salmayın. Qısqanclıq üçün səbəb yaratmayın, münaqişəyə rəvac verməyin.