41 gün ayılmadan yatan oğlanın qəribə xəstəliyi


Digərləri 14 Fev 2020 22:10:00 100 0

41 gün ayılmadan yatan oğlanın qəribə xəstəliyi

21 yaşlı oğlan 41 gün ərzində yataraq ayılmayıb və öz ad gününü də ötürüb.

Son.az medicina.az-a istinadən bildirir ki, o nadir nevroloji sindromdan əziyyət çəkir.

Medicina.az xəbər verir ki, hipersomniya adlanan uzun müddət yuxuda olmaq bir çox sindromlarda baş verir.

Avstraliya sakini 21 yaşlı Harrinin xəstəliyi isə Kleyn-Levin sindromudur. Bunun el arasında adı "Yatmış gözəldir".

Xəstələr bir neçə gündən bir neçə aya kimi davam edə bilən yuxu epizodlarına düşə bilir.

Sindromdan uşaqlar və yeniyetmələr daha çox əziyyət çəkir.