Bakteriyaları məhv edən antibiotik kəşf edildi


Digərləri 14 Fev 2020 22:33:00 134 0

Bakteriyaları məhv edən antibiotik kəşf edildi

Kanadanın "McMaster" Universitetinin biokimya və biotibb elmləri üzrə fəlsəfə doktoru Bet Klap yeni antibiotik kəşf edib.

Son.az xəbər verir ki, yeni tapılan "corbomycin" və "complestatin" bakteriyaların hüceyrə divarlarını nazildərək təsirsiz hala gətirir.

Beləcə quruluşu dəyişən və antibiotiklərə müqavimət göstərən bakteriyalar ölür. Bu kəşf torpaq bakteriyaları tərəfindən istehsal edilən "qlikopeptid" adlanan antibiotik ailəsinə daxildir.

Qeyd edək ki, araşdırmaçılar antibiotiki siçanlar üzərində tətbiq edib. Təcrübələr nəticəsində siçanların yeni antibiotiklərə rahatlıqla uyğunlaşdıqları müşahidə edilib. (publika.az)