Antarktikada temperatur ilk dəfə olaraq müsbət 20 dərəcə Selsidən yuxarı qalxıb


Digərləri 14 Fev 2020 23:34:00 137 0

Antarktikada temperatur ilk dəfə olaraq müsbət 20 dərəcə Selsidən yuxarı qalxıb

Braziliyalı meteoroloqlar bildirirlər ki, Antarktidanın şimal ucunda yerləşən Simor adasında havanın temperaturu müsbət 20,75 dərəcə Selsiyə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Antarktikada belə yüksək temperatur tarixdə ilk dəfədir müşahidə olunub.

Lakin braziliyalı alim Karlos Şeferin sözlərinə görə, fevralın 9-da müşahidə edilən bu göstərici nadir xarakter daşıyır və uzunmüddətli ölçmələr seriyasının bir hissəsi deyil. Bu səbəbdən də onu iqlim dəyişmələrində amillərin proqnozlaşdırılması zamanı istifadə etmək olmaz.

"Bu, sadəcə göstəricilərdən biridir və həmin rayonda nə isə qeyri-adi hadisənin baş verməsi barədə siqnaldır", - deyə meteoroloq bəyan edib.

Antarktida qitəsində ötən həftə də rekord səviyyədə yüksək temperatur müəyyən edilib - Antarktika yarımadasında temperatur müsbət 18,3 Selsiyədək qalxıb.