Şagirdin məktəbdən qovulma səbəbi hər kəsi ŞOKA SALDI


Digərləri 14 Fev 2020 22:58:00 173 0

Şagirdin məktəbdən qovulma səbəbi hər kəsi ŞOKA SALDI

İngiltərədə qıvırcıq saçlı məktəbli qız oxuduğu məktəbi və müəllimlərini məhkəməyə verib.

Son.az xəbər verir ki, Londonda Rubi adlı qıvırcıq saçlı qız 14 yaşı olarkən, sinif yoldaşları saçlarına görə lövhəni görmədikləri üçün o, müəllimləri tərəfindən dəfələrlə evə göndərilib. Müəllimlərinin bu davranışına görə məyus olan qız saçlarını hörməyi, yığmağı sınayıb. Lakin saçlarına etdiyi bu üsullar ona zərər verdiyi üçün onları açıq qoymaq məcburiyyətində qalırdı. Dərs zamanı müəlliməsinin onun saçlarını kəsmək istəməsi və saç bandı taxmaq istəməsinə dözə bilməyib, məktəbə gəlməkdən imtina edib. Beləliklə, o, bu müddət ərzində imtahana hazırlaşa bilməyərək dərslərindən geri qalıb. Rubi ailəsinin və məktəbin şagirlərə dəstək dərnəyinin sayəsində 8 min 500 sterlin təzminat alıb. Belə ki, məktəbli qız bu addımı özü kimi qıvırcıq saçlı və fərqli şagirdlərə dəstək vermək üçün etdiyini bildirib. (ölkə.az)