31 il ev həbsində saxlanılan və cinsi təcavüzə məruz qalan qadın xilas oldu FOTO


Dünya 14 Fev 2020 22:46:00 169 0

31 il ev həbsində saxlanılan və cinsi təcavüzə məruz qalan qadın xilas oldu  FOTO

Venesuelanın Marakay şəhərində Matias Salazar adlı kişinin 49 yaşlı Morellanı 31 il ərzində bir evdə dustaq saxladığı məlum olub.

Maraqlıdır ki, kişi Morellanı əsir saxladığı yerin qonşuluğunda sevgilisi və qızı ilə yaşayıb.

Son.az bildirir ki, on illərlə qaranlıq otaqda yaşayan qadının pəncərədən baxmaq imkanı belə olmayıb. O, ancaq radioya qulaq asıb, televizora baxa bilirmiş. 

Morella, Salazarın evdə yadından çıxardığı açarlardan istifadə etməklə əsarətdən xilas olub. O, qadın dərnəyinə sığınıb, sonra isə polislə birlikdə saxlanıldığı evə gedib.

Qonşular məsələni öyrənəndə heyrətə düşüblər. Onlar bildiriblər ki, Salazar hər zaman onlara xoş münasibət göstərib.