Özbəkistan vətəndaşı öz təşəbbüsü ilə Çinə 27 min tənzif maska aparıb


Digərləri 14 Fev 2020 22:25:00 148 0

Özbəkistan vətəndaşı öz təşəbbüsü ilə Çinə 27 min tənzif maska aparıb

Özbəkistan vətəndaşı, 28 yaşlı Muradjon Kenjebaev öz təşəbbüsü ilə fərdi qaydada Çinin Quançou şəhərinə 27 min tənzif maska aparıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çində yaşayan Özbəkistan vətəndaşı 11 gün əvvəl Daşkəndə gələrək, 12 min maska alıb və Çinə qayıdıb. Dünən isə Muradjon Kenjebaev Özbəkistana qayıdaraq daha 15 min maska aparıb.

Muradjon Kenjebaev jurnalistlərə bildirib ki, o, 6 ildir Çində yaşayır və burada xarici ticarət üzrə təhsil alır, həmçinin ərəb dilini öyrənir. O, Çini ikinci Vətəni hesab edir. Tələbə kimi Çin hökumətindən təqaüd alır.

"Çinin çətin günlərində ikinci Vətən hesab etdiyim ölkəyə kiçik də olsa, kömək etmək qərarına gəldim və düşünürəm ki, ehtiyac olarsa, yenə bu istiqamətdə iş görəcəyəm", - deyə o qeyd edib.