Azərbaycan və Moldova prezidentləri görüşdü - YENİLƏNİB


Siyasət 14 Fev 2020 22:10:00 50 0

Azərbaycan və Moldova prezidentləri görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

"Report" xəbər verir ki, Moldova Prezidentini salamlayan Prezident İlham Əliyev dedi:

-İqor Nikolayeviç, Sizi bir daha görməyimə şadam. Biz beynəlxalq tədbirlərdə müntəzəm görüşürük və bir daha görüşmək, gündəliyə nəzər salmaq, əməkdaşlığın inkişafının gələcək yollarını müəyyən etmək üçün hər hansı platformadan istifadə etmək ənənəsini davam etdiririk. İl yeni başlayıb. Ona görə də düşünürəm ki, bu il bizim münasibətlərimiz üçün məhsuldar olmalıdır. Nəzərdə tutduqlarımız prinsipcə yerinə yetirilir. Mövcud əlaqələr münasibətlərimizin fəal inkişaf etdiyini göstərir. Biz Sizinlə münasibətləri konkret iqtisadi amillərlə zənginləşdirmək haqqında fikir mübadiləsi aparmışıq. Düşünürəm ki, bu il daha fəal iqtisadi əməkdaşlıq olacaq. Əlbəttə, bizim əlaqələrimiz davam etdiriləcək. Ona görə də düşünürəm ki, bu il də münasibətlərimiz üçün müsbət olacaq. Bizim münasibətlərimiz dostluq münasibətləridir. Biz həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Əlbəttə, ölkəmizə Sizin səfərinizi xatırlayıram. Bu cür fəal siyasi dialoqun davam etməsi üçün Sizi bu il planlaşdırılan beynəlxalq tədbirlərdə yenidən səbirsizliklə gözləyirik.

Prezident İqor Dodon dedi:

-Hörmətli cənab Prezident, əvvəla Sizinlə Münxendə mühüm beynəlxalq tədbirdə görüşməyimə çox şadam. Bizim ikitərəfli münasibətlərimizin çox yaxşı dinamikasını qeyd etmək istəyirəm. İmzaladığımız sazişlər faktiki olaraq əlaqələrimizin bütün spektrini əhatə edir. Sizi parlament seçkilərinin keçirilməsi, partiyanızın əldə etdiyi nəticələr münasibətilə təbrik edirəm. Bilirəm, seçkiləri bizim də müşahidəçilərimiz, həmçinin Prezident tərəfdarı olan Sosialistlər Partiyasının nümayəndələri də izləyiblər. Onlar təşkilati işlərin çox yaxşı səviyyəsini qeyd ediblər, demokratik seçkilər keçirilib. Sizi bu münasibətlə təbrik edirik.

Bu il bizim ikitərəfli münasibətlərimiz üçün çox vacib ildir. Biz hələ 2017-ci ildə Sizinlə Moldovada, Qaqauzda bir sosial layihəyə başladıq. Sizi bir daha rəsmi olaraq Moldova Respublikasına dəvət etmək istəyirəm. Bu il biz artıq onun açılışını etməliyik. Ümidvaram ki, bu il Sizin rəsmi səfəriniz olacaq. Biz bir neçə mühüm tədbir keçirəcəyik. Hökumətlərarası Komissiyanın iclasını keçirmək lazımdır. Bilirsiniz, indi Moldovada mənim keçmiş müşavirim cənab Kiku İon Vasilyeviçin başçılıq etdiyi yeni hökumət fəaliyyət göstərir. Biz artıq öz tərəfimizdən Hökumətlərarası Komissiyanın yeni heyətini təsdiq etmişik. Ümidvaram ki, yaxın vaxtlarda həmsədrlərin Hökumətlərarası Komissiyanın iclasına hazırlıq üçün görüşü olacaq. O, bizdə də, Sizdə də keçirilə bilər. Bu, bizim Sizinlə razılaşmamızdan asılıdır. Lakin çox ümidvarıq ki, yaxın aylarda Siz rəsmi səfərlə bizim ölkəmizə gələcəksiniz.

Prezident İlham Əliyev: Dəvətə görə sağ olun. Gözəl Moldovaya səfər etmək imkanından məmnuniyyətlə istifadə edəcəyəm. Mənim çox yaxşı xatirələrim var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***20:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşdü - FOTO like
  • 14 Fev 22:09  
Siyasət Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münx

arrow Ətraflı
Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub  FOTO like
  • 14 Fev 22:07  
Siyasət Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Cari ildə qlobal neft tələbatı sutkada 101 milyon barrel olacaq like
  • 14 Fev 21:49  
Dünya Cari ildə qlobal neft tələbatı sutkada 101 milyon barrel olacaq

2020-ci ildə qlobal neft tələbatının gündəlik 101 milyon barrel olacağı

arrow Ətraflı
Prezident İlham Əliyev Münxendə əfqanıstanlı həmkarı ilə görüşdü like
  • 14 Fev 21:48  
Siyasət Prezident İlham Əliyev Münxendə əfqanıstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir like
  • 14 Fev 21:47  
Kriminal “SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qara Qarayev adına Mərkəzi musiqi

arrow Ətraflı
Estoniya minimum əməkhaqqına görə Aİ ölkələri arasında son sıralarda qərarlaşır like
  • 14 Fev 21:44  
Dünya Estoniya minimum əməkhaqqına görə Aİ ölkələri arasında son sıralarda qərarlaşır

Avropa İttifaqının (Aİ) Statistika Bürosunun (Avrostat) məlumatına əsas

arrow Ətraflı
Banqkokda silahlı şəxs kütlənin üzərinə atəş açıb like
  • 14 Fev 21:42  
Dünya Banqkokda silahlı şəxs kütlənin üzərinə atəş açıb

Tailandın paytaxtı Banqkokda silahlı şəxs kütlənin üzərinə 40 dəfə a

arrow Ətraflı
Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr açıqlanıb like
  • 14 Fev 21:38  
Digərləri Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr açıqlanıb

Koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri müşahidə olunur ki, müt

arrow Ətraflı
Ağstafada ağır yol qəzası: Ölən və yaralılar var like
  • 14 Fev 21:35  
Sosial Ağstafada ağır yol qəzası: Ölən və yaralılar var

Ağstafada ölümlə nəticələnən avtomobil qəzası baş verib.

arrow Ətraflı
Səbaildə silsilə soyğunçuluq hadisələri edən şəxs saxlanılıb like
  • 14 Fev 21:33  
Digərləri Səbaildə silsilə soyğunçuluq hadisələri edən şəxs saxlanılıb

Səbail rayonu ərazisində qadına qarşı soyğunçuluq edilib.

arrow Ətraflı
Azərbaycan və Qazaxıstan prezidentləri Münhendə görüşdü - YENİLƏNİB like
  • 14 Fev 21:32  
Siyasət Azərbaycan və Qazaxıstan prezidentləri Münhendə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen

arrow Ətraflı
Qadında artıq çıxan 2 süd vəzisini kəsdilər  Nadir rast gəlinən hal like
  • 14 Fev 21:31  
Digərləri Qadında artıq çıxan 2 süd vəzisini kəsdilər Nadir rast gəlinən hal

Dünyada 5-6% qadında rast gəlinən əlavə süd vəzi və ya vəziyə bənzə

arrow Ətraflı