Estoniya minimum əməkhaqqına görə Aİ ölkələri arasında son sıralarda qərarlaşır


Dünya 14 Fev 2020 21:44:00 122 0

Estoniya minimum əməkhaqqına görə Aİ ölkələri arasında son sıralarda qərarlaşır

Avropa İttifaqının (Aİ) Statistika Bürosunun (Avrostat) məlumatına əsasən, Estoniya minimum aylıq əməkhaqqına görə Aİ ölkələri arasında sondan səkkizinci yerdə qərarlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə minimum aylıq əməkhaqqı 584 avro təşkil edir.

Estoniyadan daha aşağı minimum əməkhaqqı olan ölkələr aşğıdakılardır: Bolqarıstan (312 avro), Latviya (430 avro), Rumıniya (466 avro), Macarıstan (487 avro), Xorvatiya (546 avro), Çexiya (575 avro) və Slovakiya (580 avro). ƏTRAFLI hunergroup.az

Müqayisə üçün qeyd edək ki, siyahıda qonşu Litva Estoniyanı geridə qoyub. Bu ölkədə minimum aylıq əməkhaqqı 607 avrodur.