Cari ildə qlobal neft tələbatı sutkada 101 milyon barrel olacaq


Dünya 14 Fev 2020 21:49:00 120 0

Cari ildə qlobal neft tələbatı sutkada 101 milyon barrel olacaq

2020-ci ildə qlobal neft tələbatının gündəlik 101 milyon barrel olacağı nəzərdə tutulur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, cari ildə neftə olan gündəlik tələbatda 36 milyon 300 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 100 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşacaq.