Gürcüstanda azərbaycanlı qız qaçırıldı, ombudsman məsələni diqqətə götürdü - Yenilənib


Sosial 14 Fev 2020 21:30:00 173 0

Gürcüstanda azərbaycanlı qız qaçırıldı, ombudsman məsələni diqqətə götürdü - Yenilənib

Gürcüstanın Marneuli rayonunun mərkəzində bir neçə oğlan 17 yaşlı azərbaycanlı qızı zorla maşına mindirərək aparıblar.

Gürcüstanın Marneuli rayonunda bu gün günorta saatlarında qaçırılan 17 yaşlı azərbaycanlı qızın yaxınları polis bölməsinin qarşısında aksiya keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, onlar qızın yerinin bu vaxta qədər müəyyən olunmamasından narahatlıqlarını ifadə ediblər.

Gürcüstan ombudsmanı Nino Lomcaria məsələni diqqətə götürüb. O, Marneuliyə səfər edib, qızın yaxınları ilə görüşüb və polis idarəsində olub.

N.Lomcaria hüquq-mühafizə orqanlarını faktla bağlı araşdırmanı sürətləndirməyə çağırıb.

İnsan haqları üzrə müvəkkil qızqaçırılması faktını tənqid edib: “Məktəbli qızın zorla qaçırılması, digər qızların da təhsil almalarına ciddi problem yarada bilər”.

19:21***

Gürcüstanın Marneuli rayonunun mərkəzində bir neçə oğlan 17 yaşlı azərbaycanlı qızı zorla maşına mindirərək aparıblar.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə qızın sinif yoldaşları ilə birgə hazırlıqdan qayıtdığı zaman baş verib.

Polis faktla bağlı araşdırmaya başlayıb.