Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr açıqlanıb


Digərləri 14 Fev 2020 21:38:00 133 0

Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr açıqlanıb

Koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri müşahidə olunur ki, mütəxəssislər bunun davamlı olacağını proqnozlaşdırır.

Son.az APA-ya istinadən bildirir ki, epidemiya müxtəlif sahələr təsir edib - avtomobil istehsalından tutmuş turizmə qədər. Fond bazarlarına həmçinin, belə ki, Çin iqtisadiyyatı qlobal iqtisadiyyatın 1/6 hissəsini təşkil edir və demək olar ki, bütün sahələrə əhəmiyyətli dərəcədə təsir göstərir.

Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr:

Təchizat zənciri

Bir çox şirkətlər virusun yayılması ilə əlaqədar Çinin tətbiq etdiyi giriş məhdudiyyətlərinə görə Çin müəssisələrində istehsalını dayandırmaq məcburiyyətində qaldı. Bunlardan "Airbus", "Toyota", "General Motors", "Honda" və "Volkswagen" şirkətlərini qeyd etmək olar.

Turizm

Son illərdə dünya üzrə səyahət edən çinli turistlərin sayı kəskin şəkildə artmışdı. Əgər 2000-ci ildə çinli turistlərin sayı cəmi 10,5 mln. idisə, 2018-ci ildə bu rəqəm 150 mln. nəfərə çatdı. Bu, turizmin koronavirusun ən çox zərər vurduğu sahələrdən biridir. Belə ki, bir çox ölkə Çinə səyahətləri qadağan edib. Bununla yanaşı, bir sıra aviaşirkət Çinə uçuşları dayandırıb və ya sayını azaldıb. Bunun nəticəsində Çindəki hotellər də zərər çəkir.

Gözəllik sənayesi