Ötən il 130-dan çox bələdiyyə sədri pozuntulara yol verib


Sosial 14 Fev 2020 21:15:36 120 0

Ötən il 130-dan çox bələdiyyə sədri pozuntulara yol verib

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb.&

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb.

"Report"un məlumatına görə, bu barədəƏdliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki,2019-cu ildə 78.500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2.800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Eyni zamanda pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.