Rusiya koronavirusa qalib gəldi


Dünya 14 Fev 2020 21:08:00 101 0

Rusiya koronavirusa qalib gəldi

Yanvarın 26-dan Rusiyanın Çita bölgəsində koronavirusdan müalicə alan Çin vətəndaşı xəstəxanadan evə buraxılıb.

"Standartlara və qaydalara uyğun olaraq, bütün lazımi diaqnostik və müalicə tədbirləri görüldü. Bu gün xəstə evə buraxıldı", - deyə xəstəxananın baş həkimi Sergey Yurçuk bildirib.

Son.az medicina.az-a istinadən bildirir ki, evə buraxılan kişinin həyat yoldaşı və qızı xəstə ilə təmasda olduqları üçün fevralın 14-nə qədər tibb müəssisəsində saxlanılacaqlar.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş digər xəstə - çinli tələbə də Tümen vilayətindəki xəstəxanada müalicəsini başa vuraraq evə buraxılmışdı. Bununla da Rusiyada yeni tip koronavirusa yoluxmuş hər iki xəstə sağlamlığına qovuşub.