Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir


Digərləri 14 Fev 2020 21:18:00 148 0

Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir

Təqaüdçülər üçün sərfəli kredit şərtləri təklif edən Unibank, növbəti kampaniyasını elan edib. İndi  "Unibank"da təqaüdçülər üçün kredit komissiyasızdır. Fevralın 29-dək "Unibank"dan kredit götürən bütün təqaüdçülər, 20.000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər. Kampaniyadan rəsmi gəliri 100 manatdan başlayan hər bir təqaüdçü faydalana bilər.

Kampaniya dövründə "Unibank"dan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- kreditin maksimal məbləği 20.000 AZN-dək;

- sığorta xərci yoxdur;

- zamin tələb olunmur;

- 48 ayadək ödəniş müddəti;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;