Təhsil Nazirliyi: Bəzən 6869 yaşlı müəllimə 1ci sinfi vermək istəyirlər


Digərləri 14 Fev 2020 20:59:00 157 0

Təhsil Nazirliyi: Bəzən 6869 yaşlı müəllimə 1ci sinfi vermək istəyirlər

Ümumtəhsil müəssisələrində müəllimlər üçün çalışmanın yaş həddinin uzadılması məsələsində heç də həmişə qaydalara əməl edilmir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bəzən 68, 69 yaşlı ibtidai sinif müəlliminə dərs keçmək üçün yeni bir sinif vermək istəyirlər:

"Bəzən görürsən ki, müəllimin 68, ya 69 yaşı var, amma ona 1-ci sinfi vermək istəyirlər. Bu hal da ona gətirir ki, həmin müəllim ən azı 72-73 yaşına kimi işləməlidir. Azərbaycanın qanunvericliyinə əsasən isə çalışmanın son yaş həddi kimi isə 70 yaş müəyyən edilib. Belə məsələlərlə bağlı araşdırmalar aparılmalıdır".

M.Camalzadənin sözlərinə görə, ümumtəhsil müəssisələrində işləyən və çalışmanın maksimal yaş həddinə çatmış müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi hələ ki, mərkəzləşdirilməyib: