İlham Əliyev: "Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır"


İqtisadiyyat 14 Fev 2020 20:47:17 141 0

İlham Əliyev: "Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır"

"Biz “OPEC+”un fəal üzvüyük".

"Biz “OPEC+”un fəal üzvüyük".

"Report" xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçiriləndəyirmi masadaçıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki,Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır: "2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan qazı onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək".

"Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq", - Prezident İlham Əliyev qeyd edib.