Gürcüstanda tikinti obyektində uçqun oldu, xəsarət alanlar var


Dünya 14 Fev 2020 20:36:39 127 0

Gürcüstanda tikinti obyektində uçqun oldu, xəsarət alanlar var

Gürcüstanda Rikoti magistralının tikinti sahəsində obyektlərdən birində uçqun baş verib.

Gürcüstanda Rikoti magistralının tikinti sahəsində obyektlərdən birində uçqun baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadizə zamanı üç nəfər xəsarət alıb.

Yol tikintisində çalışan həmin şəxslər xəstəxanaya çatdırılıblar. Onlardan ikisi yüngül xəsarətlər aldığından klinikadan buraxılıb.

Faktla bağlı araşdırma aparılır.