Çinə tibbi maska aparmaq istəyən biznesmeni aldatdılar


Dünya 14 Fev 2020 19:24:00 222 0

Çinə tibbi maska aparmaq istəyən biznesmeni aldatdılar

Rusiyada Çin vətəndaşını aldadıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, çinli biznesmen Rusiyadan tibbi maska almaq qərarına gəlib.

Çində yeni növ koronavirusun sürətlə yayılması səbəbi ilə orada tibbi maskalara tələbat həddindən artıqdır. Buna görə, 29 yaşlı çinli Den Sinyuy "Karat-servis" şirkətindən maska sifariş edib.

O, 650000 tibbi maska üçün 1800000 rubl (48,240 AZN) ödəyib.

Lakin şirkət pulu alsa da, maskaları sifarişçiyə təhvil verməyib.