MoskvaTver qatarında qadını döyüb təcavüz etdilər


Dünya 14 Fev 2020 19:14:00 239 1

MoskvaTver qatarında qadını döyüb təcavüz etdilər

Rusiyada qatarda qadın təcavüzə məruz qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı qadın Moskva-Tver qatarında döyülməsi və təcavüzə uğraması şikayəti ilə xəstəxanaya müraciət edib.

Onun dediyinə görə, qatarda olan zaman qonşu kupedən gələn üç kişi onu döyüb, daha sonra təcavüz edib. Hadisədən sonra qadın huşunu itirib. O, növbəti gün ayılıb və yoldan keçən birindən təcili yardım çağırmasını istəyib.

Həkim müayinəsi zamanı qadında təcavüzə uğramasını sübut edən zədələr aşkar edilib.

Tver Rayonlararası Nəqliyyat prokuroru Matvey Stepanov bu barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olmadığını bildirib.