Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın iclası keçirildi


Siyasət 14 Fev 2020 19:05:03 69 0

Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın iclası keçirildi

​Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirili

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.

Bu barədə "Report"aƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindənməlumat verilib.

İclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasdan əvvəl S.Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto arasında ikitərəfli görüş olub, ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Komissiyanın 7-ci iclasındaAzərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayan S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini əks etdirən müddəaların yer alması Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığın daha bir göstəricisidir.

Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini vurğulayan S.Babayev, eyni zamanda, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu, xarici ölkələrlə qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini diqqətə çatdırıb.

Nazir Macarıstanla da ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin hüquqi bazasının formalaşdıraraq genişlənməsinə zəmin yaratdığını deyib. O, xüsusilə enerji sahəsində Macarıstanla fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılmasının əhəmiyyətini qeyd edib.

İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin önəmindən bəhs edən S.Babayev 2019-cu ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcminin 35,70 mln. ABŞ dolları təşkil etdiyini bildirib. Ticarət əlaqələrinin inkişafı məqsədilə aparılan işləri, həmçinin ölkəmizin ixrac missiyasının Macarıstana səfərinin, Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsinin və s. mühüm rolunu diqqətə çatdırıb. O, ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan potensialın əlaqələrin daha geniş miqyasda və daim yüksələn xətt üzrə inkişafına imkan yaratdığını bildirib.

P.Siyyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, iqtisadi sahədə əməkdaşlıq istiqamətləri üzrə əldə olunan təcrübəni qeyd edib. Birgə səylər nəticəsində bu əlaqələrin ildən-ilə genişlənəcəyinə, əməkdaşlıqda yeni müsbət nəticələrin olacağına əminliyini ifadə edib.

İclasda enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılması, ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri müzakirə olunub. Macarıstan şirkətlərinin Azərbaycanın sənaye parklarında, eləcə də aqroparklarında, startapların Macarıstan və Azərbaycanda keçirilən sərgi, konfrans və forumlarda iştirak imkanları, Macarıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin genişləndirilməsi və s. məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də ikili diplom proqramlarının hazırlanması və tətbiqi, müəllim və tələbə mübadiləsinin, ali təhsil müəssisələri arasında ortaq araşdırmaların təşviqi və s. məsələlər nəzərdən keçirilib. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu sahələrdə idxal və ixracın mövcud potensiala uyğun artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Azərbaycanın turizm imkanları haqqında Macarıstanda məlumatlılığın artırılmasının, məlumat turlarının təşkilinin, turizm sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün önəmi qeyd edilib. Əmək bazarının tənzimlənməsi, məşğulluğa dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin göstərilməsi, tibbi-sosial reabilitasiya, gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirakı ilə aparılan müzakirələrin yekununda həmsədrlər tərəfindən Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkənin qeyd edilən sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ifadə olunur.

Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub  FOTO like
  • 14 Fev 19:05  
Siyasət Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münx

arrow Ətraflı
İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü like
  • 14 Fev 19:04  
İqtisadiyyat İlham Əliyev “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münh

arrow Ətraflı
Putin və Zelenski arasında telefon danışığı olub like
  • 14 Fev 18:53  
Dünya Putin və Zelenski arasında telefon danışığı olub

“Report” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki,

arrow Ətraflı
Bakıda adam oğurlayan dəstənin işi prokurorluğa qaytarıldı like
  • 14 Fev 18:49  
Kriminal Bakıda adam oğurlayan dəstənin işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilə

arrow Ətraflı
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb like
  • 14 Fev 18:47  
Siyasət Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşdü like
  • 14 Fev 18:46  
İqtisadiyyat Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb like
  • 14 Fev 18:39  
Digərləri Gəncə sakinindən yarım kiloqramdan çox tiryək götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sa

arrow Ətraflı
Baş Prokurorluqda kollegiya iclası keçirildi - YENİLƏNİB like
  • 14 Fev 18:37  
Sosial Baş Prokurorluqda kollegiya iclası keçirildi - YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi a

arrow Ətraflı
497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib like
  • 14 Fev 18:36  
Digərləri 497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind

arrow Ətraflı
Bakıda ev yanıb like
  • 14 Fev 18:29  
Digərləri Bakıda ev yanıb

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli

arrow Ətraflı
Baş katib: “NATO Gürcüstanı dəstəkləyir” like
  • 14 Fev 18:27  
Dünya Baş katib: “NATO Gürcüstanı dəstəkləyir”

“Qara dəniz bölgəsinin NATO üçün strateji əhəmiyyəti var”.

arrow Ətraflı