Putin və Zelenski arasında telefon danışığı olub
Dünya 14 Fev 2020 18:53:09 221 0
“Report” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər dekabrın 9-da Parisdə keçirilən son Normandiya sammiti zamanı qəbul olunmuş qərarların yerinə yetirilməsinə, habelə form
Ukrayna prezidentiVladimir Zelenski ilə Rusiyanın dövlət başçısıVladimir Putin arasında telefon danışığı olub.
“Report” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər dekabrın 9-da Parisdə keçirilən son Normandiya sammiti zamanı qəbul olunmuş qərarların yerinə yetirilməsinə, habelə formatın növbəti zirvə görüşünə dair müzakirə aparıblar.
Söhbət zamanı Ukraynanın işğal altındakı ərazilərində, habelə Rusiya ərazisində zorla saxlanılan Ukrayna vətəndaşlarının məsələsinə xüsusi diqqət yetirilib.
Tərəflər həmçinin Minsk Üçtərəfli Təmas Qrupu (Ukraynanın şərqindəki hərbi münaqişəni həll etmək üçün Ukrayna, Rusiya, ATƏT formatı) çərçivəsində əldə edilən razılaşmaları həyata keçirmək üçün səyləri artırmaq barədə razılaşıblar.
Xatırladaq ki, "Normandiya formatı" Ukraynanın şərq regionunda hərbi münaqişəyə dair yaradılan Ukrayna, Almaniya, Fransa vəRusiyanın iştirak etdiyi təmas qrupudur.