Bakıda adam oğurlayan dəstənin işi prokurorluğa qaytarıldı


Kriminal 14 Fev 2020 18:49:00 236 0

Bakıda adam oğurlayan dəstənin işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Emin Əliyev və Asim Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu iddia edilərək cinayət işi prokurora qaytarılıb.

Qeyd edək ki, həmin şəxslər 2019-cu ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarovu oğurlayaraq anasından 10 min manat tələb ediblər. Qadın həmin şəxslərə 8 000 manat verib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.