“Divarın qalınlığı 3040 sm olsa da...” Aldadılan sakinlər, aldadan MTKlar


Digərləri 14 Fev 2020 18:24:00 145 0

“Divarın qalınlığı 3040 sm olsa da...”  Aldadılan sakinlər, aldadan MTKlar

Əvvəllər digər mənzildə, qonşuda baş verənləri eşitmək üçün stəkanlardan istifadə olunurdu. Bunun üçün stəkanı divara tutmaq kifayət idi ki, hər şeyi eşidə biləsən. Amma zaman keçdi, dövr dəyişdi. İndi əksər çoxmərtəbəli binalarda bu cür stəkanlara ehtiyac yoxdur. Bu otaqda oturaraq, digər mənzildə baş verənləri rahatlıqla eşitmək mümkündür.

Son.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

Bu isə həmin binalarda yaşayan sakinlərin narahatlığına səbəb olur.

Sakin: "Əgər insan evində sərbəst yaşamaq istəyirsə, hər iki tərəfdən qonşu ona mane olmamalıdır. İnsan istirahət edəndə, saat 10-11-dən sonra istəyir ki, rahatlıq olsun. Amma divarın o biri tayından səs gələndə  istər-istəməz insanın psixikasına mənfi təsir edir".

Ekspertlərin sözlərinə görə, tikintiyə başlamadan öncə layihədə 2 mənzil arasındakı divar 30-40 sm göstərilir. Lakin sonradan tikinti zamanı ara divar 20 sm və daha az qalınlıqda inşa edilir.

Məhəmməd Musayev - İnşaat mühəndisi: "Yalnız xarici divarı 30 sm və yaxud da 40 sm inşa edirlər. Mənzillər arası divar olur 20 sm. Bu da boşluqlu kərpicdən icra olunanda səskeçirmə daha yüksək olur və narazılıqlar olur. Hətta olur ki, qonşuda biri mətbəx montaj edir, digər qonşunun evini zədələyir".

Eyni zamanda layihədə 2 qonşu mənzil arasındakı divar 2 qat nəzərdə tutulur. Bəzi MTK-lar isə öz kvadratlarından itkiləri azaltmaq və daha az xərcə düşməkdən ötəri divarı tək qat edir.