Azərbaycan Türkiyə təcrübəsindən iribuynuzlu heyvanlardan metan qazının alınması prosesini öyrənir


İqtisadiyyat 14 Fev 2020 17:53:23 173 0

Azərbaycan Türkiyə təcrübəsindən iribuynuzlu heyvanlardan metan qazının alınması prosesini öyrənir

Bunun üçün iribuynuzlu heyvanlardan istifadə ediləcək

“Azərbaycanda iribuynuzlu heyvanların ifrazatlarından metan qazının alınması layihəsi icra edilə bilər”.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.

Onun sözlərinə görə, Türkiyədə belə iribuynuzlu heyvanların ifrazatından metan qazının alınması ilə bağlı təcrübə var : “Belə ki, Türkiyədə bəzi iri təsərrüfatlarda iribuynuzlu heyvanların ifrazatından qaz alınaraq ətraf qəsəbələr qazlaşdırılır. Bu kimi layihənin Azərbaycanda işlənilməsi və yaxın gələcəkdə tətbiqi nəzərdə tutulur”.

O xatırladıb ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda artıq 100 iribuynuzlu mal-qara üçün nəzərdə tutulan kompleks tikilir: “Azərbaycan şəraiti üçün heyvan cinslərinin müəyyənləşdirilməsi aparılır. Yaxın gələcəkdə bu istiqamətdə işlərimiz aparılacaq”.