Nəriman Nərimanovun 150 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM


Siyasət 14 Fev 2020 17:50:00 50 0

Nəriman Nərimanovun 150 illik yubileyi qeyd ediləcək  SƏRƏNCAM

Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Azərbaycanda yol qəzalarında 821 nəfər həlak olub like
  • 14 Fev 17:49  
Digərləri Azərbaycanda yol qəzalarında 821 nəfər həlak olub

2019-cu ildə Azərbaycanın avtomobil yollarında 1870 və ya 2018-ci illə mü

arrow Ətraflı
“Kirliyəm, kül başıma sevə bilmirəm”  Niyam onu sevən qadından DANIŞDI like
  • 14 Fev 17:44  
Şou-biznes “Kirliyəm, kül başıma sevə bilmirəm” Niyam onu sevən qadından DANIŞDI

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı Niyam Salami

arrow Ətraflı
Ceyhun Bayramov: "Buraxılış imtahanlarının təhlillərindən nəticə çıxarılmalıdır" like
  • 14 Fev 17:39  
Digərləri Ceyhun Bayramov: "Buraxılış imtahanlarının təhlillərindən nəticə çıxarılmalıdır"

Bu gün Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının

arrow Ətraflı
Sahibkarlara xidmət sahəsində unikal model like
  • 14 Fev 17:37  
Digərləri Sahibkarlara xidmət sahəsində unikal model

Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığı

arrow Ətraflı
Tərtərdə işgəncə görən uşaq onkoloji xəstə imiş: like
  • 14 Fev 17:34  
Digərləri Tərtərdə işgəncə görən uşaq onkoloji xəstə imiş:

Anasının kabab şişi ilə dağladığı doqquz yaşlı T. onkoloji xəstə im

arrow Ətraflı
Göyçayda 2 nəfər itkin düşüb like
  • 14 Fev 17:29  
Digərləri Göyçayda 2 nəfər itkin düşüb

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

arrow Ətraflı
Cinayət işləri üzrə dəymiş 122 milyon manat ödətdirilib like
  • 14 Fev 17:27  
Sosial Cinayət işləri üzrə dəymiş 122 milyon manat ödətdirilib

Ötən il Azərbaycanda&cinayət işləri üzrə vətəndaşlara və&dövlətə

arrow Ətraflı
Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib like
  • 14 Fev 17:27  
Digərləri Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib

Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun direktoru vəz

arrow Ətraflı
"Yataqda ondan istədiyimi ala bilmirdim" like
  • 14 Fev 17:24  
Digərləri "Yataqda ondan istədiyimi ala bilmirdim"

İsveçrə millisinin futbolçusu Blerim Dzemailinin keçmiş həyat yoldaşı E

arrow Ətraflı
Səbaildə silsilə soyğunçuluq edən şəxs saxlanıldı like
  • 14 Fev 17:23  
Sosial Səbaildə silsilə soyğunçuluq edən şəxs saxlanıldı

Səbail rayonu ərazisində qadına qarşı soyğunçuluq edilib.

arrow Ətraflı
Baş prokuror ictimai rezonans doğuran cinayət işlərindən danışdı like
  • 14 Fev 17:22  
Sosial Baş prokuror ictimai rezonans doğuran cinayət işlərindən danışdı

Azərbaycanda 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanar

arrow Ətraflı
Qazaxda top mərmisi tapıldı like
  • 14 Fev 17:20  
Sosial Qazaxda top mərmisi tapıldı

Dövlət Sərhəd Xidmətindən Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrı

arrow Ətraflı
Baş prokuror: "Ölkəmizin həyatında 2019cu ilin müstəsna əhəmiyyəti olub" like
  • 14 Fev 17:19  
Digərləri Baş prokuror: "Ölkəmizin həyatında 2019cu ilin müstəsna əhəmiyyəti olub"

Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub.

arrow Ətraflı