Baş prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə edən prokurorluq işçilərinə xəbərdarlıq etdi


Sosial 14 Fev 2020 17:40:04 190 0

Baş prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə edən prokurorluq işçilərinə xəbərdarlıq etdi

Baş prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə edən prokurorluq işçilərinə xəbərdarlıq edib.

Baş prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə edən prokurorluq işçilərinə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov deyib ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilən, müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edildiyi, 8 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılıb.

Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulanıb.