“Kirliyəm, kül başıma sevə bilmirəm” Niyam onu sevən qadından DANIŞDI


Şou-biznes 14 Fev 2020 17:44:00 179 0

“Kirliyəm, kül başıma sevə bilmirəm”  Niyam onu sevən qadından DANIŞDI

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı Niyam Salami olub. Son.az xəbər verir ki, Niyam Salami onu sevən Kamalə adlı qadından danışdı: "Afrikaya gedirəm, hindularla gəzirəm, baxıram ki, bu qız yenə çıxır qabağıma. Avara qalmışam. Bu qızın sevgisinin qarşında ancaq gözəl mahnılar təqdim edirəm. Deyəsən subaydır, amma mən sevə bilmirəm, kül mənim başıma. Hər zaman sənə dəyər verəni insan yanında görmür. Kim ki, sənə pislik edir, başlayırsan ona can atmağa. Bilmirəm nədəndir, amma mən səhvimi boynuma alıram. Yuvanı qurmaq üçün çöp, palçıq lazımdır. Efir üçün, qonşu üçün ailə olmaz. Ailə başqa şeydir. Mənim üçün ailə din, məscid deməkdir. Natəmizəm. Mən gedib özümü məsciddə təmizləməliyəm".

Son.az