Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub"


Sosial 14 Fev 2020 16:44:37 61 0

Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub"

"Ölkəmiz dünya dövlətləri birliyində hərtərəfli inteqrasiya edib".

Zakir Qaralov

"Ölkəmiz dünya dövlətləri birliyində hərtərəfli inteqrasiya edib".

“Report”un xəbərinə görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Z.Qaralov diqqətə çatdırıb ki, müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin edib.

Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub.

Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığını vurğulayan Baş prokuror bildirib ki, bu Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olub. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatıb, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatıb, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşıb.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmizin 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşması və s. uğurlar xüsusi vurğulanıb.

Baş Prokuror bildirib ki, əldə edilən bu uğurların məntiqi nəticəsidir ki 2020-ci ilin yanvar ayının 21-də dövlət daşçısı İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb və ölkəmiz Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.

Qutunu açanda ölümcül infeksiyaya yoluxdu like
  • 14 Fev 16:44  
Digərləri Qutunu açanda ölümcül infeksiyaya yoluxdu

ABŞ-ın Havay ştatının sakini Hizer Harbottl əşyalarını yerləşdirdiyi

arrow Ətraflı
Göyçayda gənc itkin düşdü - FOTO like
  • 14 Fev 16:39  
Sosial Göyçayda gənc itkin düşdü - FOTO

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

arrow Ətraflı
İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər like
  • 14 Fev 16:39  
Dünya İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətl

arrow Ətraflı
Tbilisidə anbarda güclü yanğın baş verib like
  • 14 Fev 16:37  
Dünya Tbilisidə anbarda güclü yanğın baş verib

Tbilisinin Diğomi rayonunda yerləşən anbarda güclü yanğın baş verib.

arrow Ətraflı
İstanbulda bina çökdü like
  • 14 Fev 16:37  
Dünya İstanbulda bina çökdü

İstanbulun Bahçelievler ərazisində bir ay öncə sakinləri köçürülən 4

arrow Ətraflı
Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı like
  • 14 Fev 16:29  
Dünya Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı

Türkiyənin Konya şəhərində üç yeniyetmə "Quran" kursundan oğ

arrow Ətraflı
Baş Prokurorluqda kollegiya iclası keçirildi like
  • 14 Fev 16:25  
Sosial Baş Prokurorluqda kollegiya iclası keçirildi

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi a

arrow Ətraflı
Rusiyada yaşayan azərbaycanlı həkim bir gündə rekord sayda əməliyyat etdi like
  • 14 Fev 16:24  
Digərləri Rusiyada yaşayan azərbaycanlı həkim bir gündə rekord sayda əməliyyat etdi

Rusiyada yaşayan azərbaycanlı həkim Emin Usubov bir gündə rekord sayda əm

arrow Ətraflı
TAP konsorsiumu qaz kəmərinin tikintisi barədə like
  • 14 Fev 16:19  
Digərləri TAP konsorsiumu qaz kəmərinin tikintisi barədə

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kə

arrow Ətraflı
Suriyada daha bir helikopter vuruldu like
  • 14 Fev 16:15  
Dünya Suriyada daha bir helikopter vuruldu

Suriyada Bəşşar Əsədə sadiq qüvvələrə məxsus helikopter vurulub.

arrow Ətraflı
Keçmiş məhkum həmyerlisini güllələdi like
  • 14 Fev 16:14  
Digərləri Keçmiş məhkum həmyerlisini güllələdi

Tüfəngdən açıdığı atəşlə həmyerlisinə xəsarət yetirmiş Samux ray

arrow Ətraflı
İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı like
  • 14 Fev 16:11  
Digərləri İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü - YENİLƏNİB like
  • 14 Fev 16:09  
Siyasət İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
İstanbulda bina çökdü like
  • 14 Fev 16:06  
Dünya İstanbulda bina çökdü

İstanbulun Bahçelievler səmtində beşmərtəbəli bina çöküb. Hadisə yer

arrow Ətraflı