AMEA-nın bölmələrinin Elmi şuralarının yeni tərkibi təsdiqlənib


Sosial 14 Fev 2020 16:58:18 51 0

AMEA-nın bölmələrinin Elmi şuralarının yeni tərkibi təsdiqlənib

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

Akademiyadan "Report"a verilən məlumata görə,AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Birinci məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladan akademik İsa Həbibbəyli Nizamnamə üzrə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin yeni yaradılmış Elmi şurasının tərkibindən bəhs edib. Qeyd olunub ki, Rəyasət Heyətinin qərarı ilə HİEB-in Elmi şurasının yeni tərkibi müavinlər – akademik Teymur Kərimli və akademik Nərgiz Axundova və 14 nəfər tanınmış alimdən ibarət üzvlərlə təsdiqlənib.

Sonra “Elm və həyat” jurnalı barədə çıxış edən akademik İsa Həbibbəyli 1961-ci ildən nəşr olunan jurnalın yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, bu nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı tədqiqatların nəticələrinin təbliğinə geniş yer ayırmaqla bütün dünyada ənənə halını almış elmin təbliğinə layiqli töhfələr verdiyini nəzərə çatdırıb. Akademik jurnalın yüksək keyfiyyətli tərtibatda nəşr olunmasının zəruriliyindən söz açıb.

İclasda “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.

Sonra akademik Fərəməz Maqsudovun 90 illik, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 100 illik, AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun 140 illik və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 illik yubileylərinin keçirilməsi qərara alınıb.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının tərkibi barədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev bölmənin 15 yanvar 2020-ci il tarixində Ümumi yığıncağının keçirildiyini, gizli səsvermə nəticəsində YEB-in Elmi şurasının üzvlərinin seçildiyini bildirib. Rəyasət Heyətinin qərarı ilə tərkib təsdiqlənib.

İslasda, həmçinin AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının tərkibi bərədə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının tərkibi ilə bağlı isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək Elmi şuraların üzvlüyünə keçirilən seçkilərin nəticələrindən danışıblar.

Qərarla bölmələrin Elmi şuralarının yeni tərkibi təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı haqqında akademik İradə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramının hazırlandığını iclas iştirakçılarının nəzərinə çatdırıb. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı Kitabı”n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.

“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu və ştat cədvəli barədə növbəti məsələ ilə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edib. O, Məhdud Məsuliyyətli Cəmiyyətin yeni strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırıldığını və bununla da YTP-nin struktur vahidlərinin işinin daha da təkmilləşdiriləcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur və ştat cədvəli təsdiqlənib.

Sonda kadr məsələsinə baxılıb. Akademik İbrahim Quliyev öz ərizəsiylə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Enrikenin yeni doğulan körpəsi like
  • 14 Fev 16:57  
Digərləri Enrikenin yeni doğulan körpəsi

Bir neçə gün əvvəl növbəti dəfə valideyn olan ispaniyalı müğənni En

arrow Ətraflı
Bakıda yerdən 980 manat tapıldı like
  • 14 Fev 16:56  
Sosial Bakıda yerdən 980 manat tapıldı

Bakı sakini pulqabısını itirib.

arrow Ətraflı
Baş Prokurorluqda kollegiya iclası keçirilib like
  • 14 Fev 16:54  
Digərləri Baş Prokurorluqda kollegiya iclası keçirilib

Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Res

arrow Ətraflı
İstirahət günlərinin hava proqnozu açıqlandı like
  • 14 Fev 16:51  
Sosial İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərində gözlənilən hava proqnozu

arrow Ətraflı
Nail Naiboğludan vəfat etmiş xanımı haqqında kövrək paylaşım like
  • 14 Fev 16:49  
Digərləri Nail Naiboğludan vəfat etmiş xanımı haqqında kövrək paylaşım

Rejissor Nail Naiboğlu 2 il öncə vəfat etmiş həyat yoldaşı haqqında sos

arrow Ətraflı
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır - VİDEO like
  • 14 Fev 16:47  
Sosial “Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır - VİDEO

“Yüksəliş” müsabiqəsi Onlayn mərhələnin Ümumi biliklər üzrə əsa

arrow Ətraflı
Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub" like
  • 14 Fev 16:44  
Sosial Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub"

"Ölkəmiz dünya dövlətləri birliyində hərtərəfli inteqrasiya edib".

arrow Ətraflı
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu like
  • 14 Fev 16:44  
Digərləri Qutunu açanda ölümcül infeksiyaya yoluxdu

ABŞ-ın Havay ştatının sakini Hizer Harbottl əşyalarını yerləşdirdiyi

arrow Ətraflı
Göyçayda gənc itkin düşdü - FOTO like
  • 14 Fev 16:39  
Sosial Göyçayda gənc itkin düşdü - FOTO

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

arrow Ətraflı
İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər like
  • 14 Fev 16:39  
Dünya İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətl

arrow Ətraflı
Tbilisidə anbarda güclü yanğın baş verib like
  • 14 Fev 16:37  
Dünya Tbilisidə anbarda güclü yanğın baş verib

Tbilisinin Diğomi rayonunda yerləşən anbarda güclü yanğın baş verib.

arrow Ətraflı
İstanbulda bina çökdü like
  • 14 Fev 16:37  
Dünya İstanbulda bina çökdü

İstanbulun Bahçelievler ərazisində bir ay öncə sakinləri köçürülən 4

arrow Ətraflı
Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı like
  • 14 Fev 16:29  
Dünya Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı

Türkiyənin Konya şəhərində üç yeniyetmə "Quran" kursundan oğ

arrow Ətraflı
Baş Prokurorluqda kollegiya iclası keçirildi like
  • 14 Fev 16:25  
Sosial Baş Prokurorluqda kollegiya iclası keçirildi

Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi a

arrow Ətraflı
Rusiyada yaşayan azərbaycanlı həkim bir gündə rekord sayda əməliyyat etdi like
  • 14 Fev 16:24  
Digərləri Rusiyada yaşayan azərbaycanlı həkim bir gündə rekord sayda əməliyyat etdi

Rusiyada yaşayan azərbaycanlı həkim Emin Usubov bir gündə rekord sayda əm

arrow Ətraflı