Novxanıda evə oğurluğa girən gənc tutuldu


Sosial 14 Fev 2020 16:58:36 138 0

Novxanıda evə oğurluğa girən gənc tutuldu

Novxanı qəsəbəsində bağ evindən oğurluq etmək istəyən şəxs&mühafizə polisləri tərəfindən hadisə yerində saxlanılıb.

Tərlan Səmədov

Novxanı qəsəbəsində bağ evindən oğurluq etmək istəyən şəxsmühafizə polisləri tərəfindən hadisə yerində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, DİNBaş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur.

Bunu sübut edən növbəti hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Novxanı qəsəbəsində yerləşən Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq istədiyinin şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Polis İdarəsində araşdırma aparılan zaman oğurluq etməyə cəhd göstərən şəxsin Novxanı qəsəbəsi sakini Tərlan Səmədov olduğu müəyyən edilib. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Tərlan Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Abşeron Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.