Radikal qüvvələr şikayətlərin ədalətlə araşdırılmasında yox, xaos yaratmaqda maraqlıdır


Siyasət 14 Fev 2020 16:09:00 76 0

Radikal qüvvələr şikayətlərin ədalətlə araşdırılmasında yox, xaos yaratmaqda maraqlıdır

"Hələlik dörd seçki dairəsində nəticələrin ləğv edilməsi rəsmi qurumların konkret şikayətlərə laqeyd qalmadığını və səsvermə prosesində yol verilmiş pozuntuların qanuni araşdırılma mexanizmini işlədiyini aydın göstərir".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, iştirak etmiş namizədlərin və bütünlükdə seçki ictimaiyyətinin pozuntu hallarının araşdırılacağı barədə şəxsən dövlət başçısından eşitdiyi mesajlardan doğru nəticə çıxardıqları göz qabağındadır:

"Prezident və MSK-nın bütün müraciətlərin qanuni formada araşdırılması üçün iradə nümayiş etdirməsi çox əhəmiyyətlidir və seçki prosesində yeni mütərəqqi istiqamətlər açmaq gücündədir. Şikayətlər əsasında konkret dairələrdə seçki nəticələrinin araşdırılması və müvafiq qərarların qəbul edilməsi sivil prosesdir və seçki ilə bağlı olan bütün sivil siyasi qüvvələrin mənafelərinə cavab verir. Bəzi seçki nəticələrinin qanuni araşdırılması ictimaiyyətin maraqlarını tam ifadə edir, Azərbaycanda hər hansı kənar təzyiqlərə yox, yalnız xalqın iradəsinə tam uyğun başladılmış proses kimi təzahür edir, Prezidentin hər bir vətəndaşın hüquqlarına təminatçı olduğu barədə Konstitusiya normalarının icra edildiyini göstərir və xalqın nəzərində seçki prosesinin legitimliyinin daha da möhkəmləndirilməsi məqsədinə xidmət edir. Seçki nəticələrinin obyektiv və ədalətlə araşdırılması bütün siyasi proseslərin ən ali ölçü meyarı sayılan xalqın ümumi etimad məsələsinə söykənir".

Ekspert bildirib ki, 9 fevral səsverməsindən sonra təkrar araşdırmalar formasında xalqın etimadına və tam legitimlik prinsipinə söykənən prosesin başlandığı göz qabağındadır və onun cəmiyyətin qənaətbəxş hesab etdiyi həddə qədər davam etdiriləcəyi şübhəsizdir: "Prezidentin bütün müqəssirlərin cəzalandırılacağı barədə Kürdəmirdə səsləndirdiyi bəyanat seçki nəticələrinə dair araşdırmaların yarımçıq qalmayacağına etibarlı təminat sayıla bilər.

Pozuntu və qanunsuzluq hallarının araşdırılması ilə eyni vaxtda radikal dairələrin rəsmi orqanlara güc vasitələri ilə təzyiqlər göstərmək taktikası məntiqsizlikdir, ziyanlıdır və lüzumsuzdur. Radikal qüvvələrin seçki ilə bağlı mitinqlər keçirmək səyləri cəmiyyətin gözləntilərinə uyğun deyil. Radikal mitinqlər seçkisonrası mübahisələrin gərəkli həll üsulu deyil. Cəmiyyət bəzi dairələr üzrə seçki mübahisələrinin həllində küçə-meydan aksiyalarına yox, rəsmi orqanların qanuni araşdırmalarına daha çox etimad göstərir. Mübahisələrin həlli üsulu kimi insanlar radikal ittihamçı mitinqlərə heç bir etimad göstərmədiyi üçün belə aksiyaların uğur şansı yoxdur. Seçkisonrası küçə aksiyalarına hətta rəsmi razılıq verildiyi halda belə, cəmiyyət tərəfindən əhəmiyyətli dəstək almaq imkanında olmadığı üçün uğursuzluğa məhkumdur".

Baş redaktor bildirib ki, seçkidən sonra kütləvi aksiyalar keçirməyə cəhd edənlər şikayətlərin sonadək ədalətlə araşdırılmasında yox, xaos yaratmaqda maraqlıdır. Xalq seçkidən sonra mitinq keçirmək istəyənlərin əsl hədəflərinin sabitliyi pozmaqla bağlı olduğunu həm keçmiş daxili, həm də beynəlxalq təcrübədən yaxşı bilir.

İstanbulda bina çökdü like
  • 14 Fev 16:06  
Dünya İstanbulda bina çökdü

İstanbulun Bahçelievler səmtində beşmərtəbəli bina çöküb. Hadisə yer

arrow Ətraflı
Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşdü - YENİLƏNİB like
  • 14 Fev 16:04  
Siyasət Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar like
  • 14 Fev 16:04  
Digərləri Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə da

arrow Ətraflı
32 yaşını qeyd edən aktrisa geyimi ilə diqqət çəkdi like
  • 14 Fev 15:59  
Digərləri 32 yaşını qeyd edən aktrisa geyimi ilə diqqət çəkdi

"Kara Sevda" serialı ilə məşhurlaşan, son günlər "Zemheri&

arrow Ətraflı
Adam oğurluğunda ittiham edilən şəxslərlə bağlı gözlənilməz qərar like
  • 14 Fev 15:54  
Sosial Adam oğurluğunda ittiham edilən şəxslərlə bağlı gözlənilməz qərar

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Emi

arrow Ətraflı
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb like
  • 14 Fev 15:54  
Digərləri Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyə

arrow Ətraflı
"Oğlumdan sonra daha ailəcanlı olmuşam" like
  • 14 Fev 15:49  
Şou-biznes "Oğlumdan sonra daha ailəcanlı olmuşam"

Əməkdar artist Abbas Bağırov oğlu Muraddan söz açıb.

arrow Ətraflı
Kürdəmirdə baramaçılıqla bağlı respublika müşavirəsi keçirilib like
  • 14 Fev 15:48  
İqtisadiyyat Kürdəmirdə baramaçılıqla bağlı respublika müşavirəsi keçirilib

​Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusu

arrow Ətraflı
Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü like
  • 14 Fev 15:46  
Sosial Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü

Fevralın 14-də hərbçiləri “Muratsan” mərkəzi klinik hospitalından Si

arrow Ətraflı
Təhsil Nazirliyi: Tədbirlər görülməlidir like
  • 14 Fev 15:45  
Sosial Təhsil Nazirliyi: Tədbirlər görülməlidir

Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkd

arrow Ətraflı
Qızından Rozaya sürpriz like
  • 14 Fev 15:39  
Şou-biznes Qızından Rozaya sürpriz

Müğənni Roza Zərgərlinin qızı Bənövşə anası üçün sürpriz hazırl

arrow Ətraflı
“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi like
  • 14 Fev 15:38  
İqtisadiyyat “Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

arrow Ətraflı
Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı like
  • 14 Fev 15:34  
Sosial Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı

Ağcabədidə pambıq sahəsindən tapılan&top mərmisi zərərsizləşdirilib.

arrow Ətraflı
Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI like
  • 14 Fev 15:34  
Şou-biznes Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI

Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil"də onu qarabaqara izl

arrow Ətraflı
Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB like
  • 14 Fev 15:29  
Sosial Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

arrow Ətraflı