32 yaşını qeyd edən aktrisa geyimi ilə diqqət çəkdi


Digərləri 14 Fev 2020 15:59:00 231 0

32 yaşını qeyd edən aktrisa geyimi ilə diqqət çəkdi

"Kara Sevda" serialı ilə məşhurlaşan, son günlər "Zemheri" serialı ilə yenidən ekranlara gələn aktrisa Hazal Filiz 32 yaşını qeyd edib.

Son.az publika.az-a istinadla xəbər verir ki, doğum gününə aktrisanın sevgilisi Alp Gülər və yaxın dostları qatılıb.

5 bölümü yayımlanan serialda şıltaq və psixoloji problemləri olan obrazı canlandıran aktrisa klassik üslubda çəhrayı kostyuma üstünlük verib. Sinə dekoltesi ilə diqqət çəkən Filiz özəl günündə özünü rahat hiss etdiyi şəkildə geyindiyini deyib.