Təhsil Nazirliyi: Tədbirlər görülməlidir


Sosial 14 Fev 2020 15:45:58 64 0

Təhsil Nazirliyi: Tədbirlər görülməlidir

Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.

© edu.gov.az

Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, vətəndaş məmnuniyyəti və təhsildə yeniliklər, innovasiyaların tətbiqindən danışıb.

Ötən il yerli təhsili idarəetmə orqanlar rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə regional zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan C.Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər. Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır. Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. Məhəbbət Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb.

Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib.

Yekunda Təhsil Texnologiyaları Mərkəzi ilə tanışlıq olub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Qızından Rozaya sürpriz like
  • 14 Fev 15:39  
Şou-biznes Qızından Rozaya sürpriz

Müğənni Roza Zərgərlinin qızı Bənövşə anası üçün sürpriz hazırl

arrow Ətraflı
“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi like
  • 14 Fev 15:38  
İqtisadiyyat “Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

arrow Ətraflı
Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı like
  • 14 Fev 15:34  
Sosial Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı

Ağcabədidə pambıq sahəsindən tapılan&top mərmisi zərərsizləşdirilib.

arrow Ətraflı
Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI like
  • 14 Fev 15:34  
Şou-biznes Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI

Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil"də onu qarabaqara izl

arrow Ətraflı
Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB like
  • 14 Fev 15:29  
Sosial Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb like
  • 14 Fev 15:29  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədil

arrow Ətraflı
“Axşam evə gələndə…”  Şoubiznes əhli ETİRAF ETDİ like
  • 14 Fev 15:24  
Şou-biznes “Axşam evə gələndə…” Şoubiznes əhli ETİRAF ETDİ

ARB TV-nin "Show News" verilişi müğənnilərlə maraqlı sorğu

arrow Ətraflı
Prezident: "Yeni inkişaf mərhələsinə qədəm qoyuruq" like
  • 14 Fev 15:23  
Siyasət Prezident: "Yeni inkişaf mərhələsinə qədəm qoyuruq"

"Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir.

arrow Ətraflı
Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək like
  • 14 Fev 15:22  
İqtisadiyyat Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək

Aprelin 21-də Bakıda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin

arrow Ətraflı
Emili çimərlik geyimində heyran etdi like
  • 14 Fev 15:19  
Digərləri Emili çimərlik geyimində heyran etdi

"Emrata" adı ilə tanınan cazibədar model Emili Ratakovski növbət

arrow Ətraflı
Badamdarda yenidən sürüşmə olub like
  • 14 Fev 15:14  
Sosial Badamdarda yenidən sürüşmə olub

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

arrow Ətraflı
Azərbaycan Prezidenti Almaniyada səfərdədir - YENİLƏNİB like
  • 14 Fev 15:14  
Siyasət Azərbaycan Prezidenti Almaniyada səfərdədir - YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-c

arrow Ətraflı
Çin koronavirusla mübarizəyə ayırdığı vəsaiti açıqlayıb like
  • 14 Fev 15:13  
Dünya Çin koronavirusla mübarizəyə ayırdığı vəsaiti açıqlayıb

Çin hökumətinin yeni koronavirus epidemiyasına nəzarət tədbirləri üçü

arrow Ətraflı