Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü


Sosial 14 Fev 2020 15:46:31 120 0

Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü

Fevralın 14-də hərbçiləri “Muratsan” mərkəzi klinik hospitalından Sisiana daşıyan avtomobil aşıb.

Ermənistanda hərbçiləri “Muratsan” Mərkəzi Klinik Hospitalından Sisyan şəhərinə daşıyan avtomobil aşıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan olmayıb, bir nəfər isə müayinə üçün xəstəxanaya göndərilib.

Qeyd edək ki, daha öncə erməni KİV-ində hərbçiləri daşıyan avtomobilin aşdığı və nəticədə 3-nün vəziyyəti ağır olmaqla 6 nəfərin yaralandığına dair xəbərlər yayılmışdı.